Tovuzda vətəndaşa məxsus evə ildırım düşüb.

"Unikal" xəbər verir ki, hadisə şəhərin Eldəniz Quliyev küçəsi ikinci dalanda qeydə alınıb. İldırım düşdükdən sonra evin dam örtüyündə yanğın başlayıb.

Dərhal əraziyə FHN-nin yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülüb, evin digər hissələri yanğından mühafizə olunub.