Qarabağ məsələsi Azərbaycan-Türkiyə birliyi ilə həll olunub.

"Unikal" xəbər verir ki, bunu Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın deyib.

“Ermənistanla niyə 1992-ci ildə sərhədləri bağladıq? Qarabağın işgalı ilə əlaqədar. İndi şərtlər dəyişib.

Azərbaycan-Türkiyə bir araya gəldi, Qarabağ azadlığa qovuşdu, Ermənistanla münasibətləri normallaşdırma prosesinə başladıq. Azərbaycan və Türkiyənin birliyi ilə problem həll olundu”, - deyə Türkiyə Prezidentinin sözçüsü vurğulayıb.