Gürcüstanda azərbaycanlıların sıx yaşadığı Marneuli bələdiyyəsində bədbəxt hadisə baş verib.

"Unikal" xəbər verir ki, bələdiyyənin Nərimanov küçəsində yerləşən yaşayış binalarından birinin eyvanının 5-ci mərtəbəsi uçub.

Nəticədə 1 nəfər ölüb, 3 nəfər isə xəsarət alıb.

Hadisə yerinə çox sayda polis və təcili yardım cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.