Rusiya Prezidenti Vladimir Putin gələn həftə Tacikistana, daha sonra isə Türkmənistana səfər edəcək.

"Unikal" xəbər verir ki, bu barədə “Moskva. Kreml. Putin" "Rossiya 1" telekanalında məlumat yayılıb. Məlumata görə, Putin əvvəlcə Düşənbədə Tacikistan Prezidenti Emomali Rahmon ilə danışıqlar aparacaq.
Daha sonra Rusiya Prezidenti Azərbaycan, Qazaxıstan, Rusiya, Türkmənistan və İranın daxil olduğu “Xəzər beşliyi”nin sammitində iştirak etmək üçün Türkmənistana gedəcək.