Kolumbiya Hərbi Dəniz Qüvvələri yerli hüquq-mühafizə orqanları ilə birlikdə 3 ton kokain və marixuana ələ keçirib. Narkotikin Mərkəzi Amerika ölkələrinə daşınması planlaşdırılırmış.

"Unikal" xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Dieqo Molano bildirib.

Nazir deyib ki, narkotik ticarətinə qarşı qətiyyətli mübarizə çərçivəsində Hərbi Dəniz Qüvvələri Çoko və Val-del-Kauka departamentlərində 3 tona yaxın narkotik maddə ələ keçirib: "Biz Mərkəzi Amerika ölkələrinə təxminən 6 milyon doza kokain və marixuananın daşınmasının qarşısını aldıq”.

Müsadirə edilən narkotik vasitələrin qara bazarda 82 milyon dollar dəyərində olduğu təxmin edilir.