Türkiyə silahlı qüvvələri Suriyanın şimalında terror təşkilatı YPG-nin (PKK-nın Suriya qanadı) 5 döyüşçüsünü zərərsizləşdirib.

Unikal" xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi bildirib.

Məlumata görə, silahlılar “Sülh bulağı” və “Zeytun budağı” antiterror əməliyyatları zonalarında terror aktları hazırlayırdı.

Silahlılar Türkiyə Silahlı Qüvvələrinin artilleriya zərbələri ilə məhv edilib.