Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu Ukraynaya gedib.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Şoyqu Ukraynadakı müharibədə iştirak edən rus qoşun qrupuna baxış keçirib.

Bundan əlavə, nazir komanda məntəqələrində komandirlərin hazırkı vəziyyət və Rusiya Silahlı Qüvvələrinin  əməliyyat bölgələrindəki hərəkətləri ilə bağlı məruzələrini dinləyib.