"Ukraynanın NATO-ya daxil olması ehtimalı nəzərdən keçirilmir. Bu ölkə hələ NATO-ya daxil olmayacaq”.

"Unikal" xəbər verir ki, bunu İspaniyanın xarici işlər naziri Xose Manuel Albares ” “El Pais” qəzetinə müsahibəsində deyib.

Onun sözlərinə görə, Ukraynanın Alyansa daxil olması heç vaxt danışıqlar masasında müzakirə olunmayıb, indi də müzakirə olunmur.

Nazir Ukrayna Prezidenti Volodimir Zelenskinin 28-30 iyun tarixlərində Madriddə keçiriləcək NATO sammitində yalnız videokonfrans formatında iştirak edəcəyini qeyd edib.