ABŞ prezidenti Co Bayden və onun Yeddilik Qrupundaki (G7) həmkarları Rusiyadan yeni qızılın idxalına qadağa qoyulması ilə bağlı razılığa gələcəklər.

"Unikal" Bloomberg-ə istinadən xəbər verir ki, G7 liderləri iyunun 26-28-də Almaniyanın cənubunda keçiriləcək sammitdə öz tərəflərindən müvafiq öhdəlikləri elan edəcəklər. ABŞ Xəzinədarlığının Rusiyadan yeni qızılın ABŞ-a idxalını qadağan edən fərman verəcəyi gözlənilir.

Xatırladaq ki, Fevralın 24-də Rusiya prezidenti Vladimir Putin Donbass respublikalarının rəhbərlərinin yardım xahişinə cavab olaraq Ukraynada xüsusi hərbi əməliyyat elan edib. Bundan sonra ABŞ və müttəfiqləri Rusiyaya qarşı irimiqyaslı sanksiyalar tətbiq edib və Kiyevə silah tədarükünü artırıblar.

Gültəkin Ələsgər