ABŞ Ali Məhkəməsinin 1973-cü ildə ölkədə qadınlara 50 il abort hüququ verən “Roe v. Wade” qərarını ləğv etməsi ölkədə zəlzələ effekti yaradıb.

"Unikal" xəbər verir ki, dünən axşam qərarın açıqlanmasından sonra ABŞ-ın bir çox ştatlarında böyük etirazlar başlayıb. Nümayişçilər ABŞ Ali Məhkəməsi qarşısında toplaşarkən barrikadalar qurulub və polis yüksək hazırlıq vəziyyətinə gətirilib.

Qəzəbli kütlənin bu gün də aksiyalarını davam etdirəcəyi gözlənilsə də, hakimiyyət etirazların zorakılıq aktlarına çevriləcəyindən narahatdır. ABŞ Ali Məhkəməsi ölkədə 50 ildir qüvvədə olan, qadınlara abort hüququ verən 1973-cü il “Roe V. Wade” qərarını ləğv edib. Məhkəmədən edilən şərhdə, "Konstitusiya abort hüququ vermir. Roe v. Wade rədd edildi. Abort hüququnu tənzimləmə səlahiyyəti ictimaiyyətə və seçilmiş nümayəndələrə qaytarıldı".

Ali Məhkəmə, bu inkişafdan 24 saat sonra dünən "aborta konstitusiya ilə qorunma təmin edir" müddəasını ləğv etdi. Ləğv o deməkdir ki, istənilən dövlət öz sərhədləri daxilində abortu qanunsuz edə bilər. Həqiqətən də Missuri, Dakota və İndiana kimi Respublikaçı ştatlar tezliklə abortları qeyri-qanuni edəcəklərini açıqladılar.