İyulun 4-dən etibarən xarici vətəndaşlara İranın daxili reysləri ilə uçmaq üçün bilet dollarla satılacaq.

"Unikal" xəbər verir ki, bu barədə İranın Hava Yolları Assosiasiyasının açıqlamasında bildirilib.

Qeyd olunub ki, uçuş müddəti 1 saatdan az olan reyslər üçün biletin qiyməti 100 dollara, 1 saatdan çox olan reyslər üçün 150 dollar olacaq.