Qala Qoruğunda 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri Gününə həsr olunmuş tədbir keçirilib.

"Unikal" xəbər verir ki, tədbirdə Xəzər Rayon İcra Hakimiyyəti başçısı Elşən Salahov, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadə, YAP Xəzər Rayon Təşkilatının sədri Namiq Əhmədov, müharibə iştirakçıları, şəhid ailələri və ağsaqqallar iştirak edi. Tədbirdə çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ordu quruculuğu sahəsində gördüyü işlərdən bəhs edərək, qəhrəman şəhidlərimizin və qazilərimizin döyüş yollarının, ümumilikdə isə böyük Zəfərimizin gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə işində mühüm rol oynadığını bildiriblər.

Sonda tədbir iştirakçıları ilə xatirə şəkili çəkilib.