Yunanıstanın Afon dağında meşə yanğını başlayıb.

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, yanğının söndürülüməsi üçün quru qoşunları səfərbər olunub. Bölgəyə 112 yanğınsöndürən, 35 maşın, 6 təyyarə və 2 helikopter cəlb edilib.

Qeyd edək ki, Afon dağında 20 pravoslav monastırı yerləşir. Bölgə UNESCO-nun ümumdünya irs obyektləri sırasına daxildir.