Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında” sərəncam imzalayıb.

"Unikal"ın məlumatına görə, Prezidentin sərəncamı ilə  iki nəfər "general-leytenant” hərbi rütbəsi ilə təltif olunub.

Onlar general-mayor Zakir Samiddin oğlu Ağayev və general-mayor Azər Əli oğlu Əliyevdir. 

Zakir Ağayev Müdafiə Nazirliyi Baş Hərbi İnspeksiyasının rəisi vəzifəsində çalışır. “Azərbaycan Bayrağı” ordenli Z.Ağayev general-mayor rütbəsini 2017-ci ildə alıb.

General-mayor Azər Əliyev isə Hərbi Akademiyanın Əməliyyat Baş İdarəsinin rəisidir. O, 2021-ci ilin iyulunda bu Akademiyanın tədris üzrə müavini vəzifəsindən azad edilərək idarə rəisi təyin edilib.