Azərbaycan Fövqəladə Hallar Nazirliyinə (FHN) məxsus “BE-200ÇS” amfibiya tipli təyyarə Türkiyənin Muğla əyalətinin Marmaris bölgəsində yanğınların söndürülməsində fəaliyyətini uğurla davam etdirir.

"Unikal" xəbər verir ki, ümumilikdə ötən sutka ərzində Muğla bölgəsində 2 dəfə uçuş yerinə yetirən təyyarə yanğın sahələrinə təxminən 120 ton su töküb.