Yaponiyanın şərqində yerləşən İsesaki şəhərində şənbə günü havanın hərarəti 40,1 dərəcəyə yüksəlib.

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Yaponiya Milli meteorologiya idarəsi məlumat yayıb. 

Bildirilib ki, bu, iyun ayı üçün ölkədə bütün müşahidələr dövrünün ən yüksək göstəricidir.

Temperaturun yüksəlməsi ilə əlaqədar əhaliyə günəş altında uzun müddət qalmamaq və müntəzəm olaraq su içmək tövsiyə edilib.