Bu il Azərbaycanda Polad və Xudayar adı verilən uşaqların sayı açıqlanıb.

"Unikal"ın məlumatına görə, cari ilin əvvəlindən bu günə qədər 97 uşağa Polad, 37 uşağa Xudayar adı verilib.

Son illər ölkəmizdə Polad və Xudayar adının uşaqlara verilməsi artıb. Belə ki, ötən il yeni doğulan 306 uşağa Polad, 82 uşağa isə Xudayar adı verilib.

Anar Kəlbiyev