ABŞ-da 19 yaşlı qızın valideynləri fesybuk və instaqram sahibi olan “Meta” şirkətini məhkəməyə verib.

"Unikal" xəbər verir ki, valideynlər qızlarında azyaşlı ikən “instaqram asılılığı” səbəbindən yemək pozğunluğu və intihar düşüncəsinin yarandığını iddia edirlər.

Kaliforniya Şimal Bölgəsi üzrə Dairə Məhkəməsində şəxsi zədə ilə bağlı qaldırılmış iddiada deyilir ki, Ceff və Ketrin Spens qızları Aleksisin 11 yaşında instaqramdan istifadə etməyə başlayıb.

Bildirilib ki, tədricən onun xarici görünüşü və başqa insanların onu necə qəbul etməsi Aleksinin psixi sağlamlığına ciddi təsir edib.