İtaliyada son sutkada koronavirus qurbanlarının sayı 51 nəfər artaraq, 168 min 18-ə yüksəlib.

"Unikal" xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Ötən 24 saat ərzində bu ölkədə 55 min 829 nəfər COVID-19-a yoluxub. İtaliyada koronavirusa yoluxanların sayı ümumilikdə 18 milyon 128 min 44-ə çatıb.