Norveçin paytaxtı Oslo şəhərinin mərkəzində yerləşən "London pub" gecə klubunda atışma olub.

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, atışma nəticəsində 2 nəfər həlak olub, 15 nəfər isə yaralanıb.

Bildirilib ki, gecə saatlarında naməlum şəxs silahla kluba girib və insanlara atəş açmağa başlayıb. Həmin şəxs polislər tərəfindən saxlanılıb.