Türkiyə təhlükəsizlik qüvvələri Eren Abluka əməliyyatının 17-ci mərhələsi çərçivəsində Siirt əyalətində iki PKK terrorçusunu zərərsizləşdirib.

"Unikal" xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Pervari rayonunda zərərsizləşdirilən silahlılardan birinin daha əvvəl Türkiyə Daxili İşlər Nazirliyi tərəfindən axtarışa verilmiş "Arin" kod adlı xüsusi təhlükəli terrorçu Şükran Alpdır.

Ş.Alp ərazilərin minalanması ilə məşğul olan bir qrup terrorçuya rəhbərlik edirdi. Onun saxlanılması üçün 500 min lirə mükafat təklif edilirdi.