Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) Rusiyanın Ukraynaya təcavüzü səbəbindən tanınmamış Dnestryanı bölgədə beynəlxalq matçların keçirilməsinə qadağa qoyub.

"Unikal" təşkilatın saytına istinadən xəbər verir ki, genişmiqyaslı hərbi eskalasiya ilə əlaqədar UEFA-nın icraiyyə komitəsi Dnestryanı bölgədə onun himayəsi altında keçirilən matçların qadağan edilməsi barədə qərar qəbul edib.

Beləliklə, "Şerif Tiraspol" 2022/23 mövsümündə Çempionlar Liqasının birinci təsnifat mərhələsinin oyununu və avrokuboklarda ev oyunlarını keçirə biləcək alternativ stadion təklif etməlidir.

Xatırladaq ki, daha əvvəl Ukraynadakı müharibə səbəbindən Rusiya klublarının beynəlxalq turnirlərdə iştirakına qadağa qoyulmuşdu. Bundan əlavə, Rusiya milli komandalar səviyyəsində matçlardan kənarlaşdırılıb.

Gültəkin Ələsgər