Ötən il rəsmən boşanan dünyaca məşhur ulduz Arnold Şvartsneggerin keçmiş həyat yoldaşı Maria Şrayverə ödədiyi təzminat bəlli olub.

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, aktyor eks arvadıyla evli olduğu müddət ərzində qazandığı pulların yarısını ona ödəyib.

Qeyd edək ki, 2021-ci ildə ayrı yaşayan cütlük 10 il sonra boşanmışdı. Prosesin bu qədər uzanmasına səbəb isə 400 milyon dollar dəyərində olan birgə əldə edilmiş əmlakın bölüşdürülməsi idi.