Müharibənin qaynar nöqtəsi olan Zaporijyada maraqlı və gülməli hadisə baş verib. Hadisə silsiləsi filmlər qədər maraqlıdır.

"Unikal" xəbər verir ki, Zaporojiyadakı xəstəxananın ətrafında rusların qurduqları bubi tələlərini bir keçi partladıb. Tələləri ukraynalı keçinin işə salması nəticəsində baş verən partlayışda ən azı 40 rus əsgəri yaralanıb.

Bu cümlə nə qədər qəribə səslənsə də, xəbəri Ukrayna kəşfiyyatı açıqlayıb və bu gün dünya mətbuatının manşetinə düşüb.

Kinski Rozdorı kəndindəki fermadan qaçan keçi tələni işə salarkən rus qoşunları hələ də tətik naqili çəkirmiş.

Ukraynanın Baş Kəşfiyyat İdarəsi bildirib ki, rus qoşunları yerli xəstəxananın ətrafına qumbaraatanlar yerləşdirib və tələni “dairəvi müdafiə” kimi dizayn ediblər.

Gültəkin Ələsgər