Rusiyanın müstəqil Ukrayna ərazisinə dörd aylıq genişmiqyaslı hərbi müdaxiləsindən sonra ABŞ-ın dövlət katibi Entoni Blinken Rusiya Federasiyasının bu müharibədə artıq məğlub olduğunu bildirib.

"Unikal" xəbər verir ki, Blinken bu barədə brifinq zamanı bildirib.

"Ukraynalılar inanılmaz cəsarətlə müdafiə olunur və Rusiya artıq uduzub. Putinin məqsədi, özünün dediyi kimi, Ukraynanı müstəqil və suveren ölkə kimi məhv etmək idi. Bu məqsəd uğursuzluğa düçar olub" - Blinken bildirib.

Ramil Zeynallı