İyunun 24-də Moskvanın İzmailovski Rayon Məhkəməsi MDBMİ-nin tələbəsi Tomiris Baysəfanın qətlində təqsirli bilinən Dağıstandan olan Murtuzəli Məcidovu 13 il müddətinə azadlıqdan məhrum edib.

"Unikal" xəbər verir ki, bu barədə İzmailovski məhkəməsinin mətbuat xidməti xəbər verir ki, hökm müttəhimi şəxsi düşmənçilik zəminində qətl törətməkdə təqsirli bilən andlılar kollegiyasının hökmü əsasında çıxarılıb. İstintaq və məhkəmə müəyyən edib ki, o, 2018-ci il aprelin 13-də Moskvada Rusiya Xarici İşlər Nazirliyinin MDBMİ-nin dördüncü auditoriyasının pəncərəsindən tələbəni itələyib. Qız 14,7 metr hündürlükdən yıxılaraq, ağır xəsarət alıb və 2018-ci il mayın 3-də Təcili Tibbi Yardım İnstitutunda dünyasını dəyişib. 

Məlum olub ki, Murtuzəli Məcidov Dağıstan hökumətinin keçmiş baş naziri Muxtar Məcidovun oğludur.

Gültəkin Ələsgər