Tbilisinin Vaki rayonunda bir nəfər güllələnib.

"Unikal" xəbər verir ki, bu, tanınmış iş adamı, “Silk Road” maliyyə qrupunun yaradıcılarından biri, 53 yaşlı Levan Kaçaravadır.

Artıq Daxili İşlər Nazirliyi faktla bağlı Cinayət Məcəlləsinin 108-ci – qəsdən adam öldürmə, 236-cı – qanunsuz olaraq silah əldə etmə, saxlama və gəzdirmə maddələri ilə araşdırma başlandığını təsdiqləyib.

Kaçarava şəxsi avtomobili ilə Baqebi rayonunda, Sxneti qəsəbəsinə gedən magistral yolda hərəkət edərkən güllələnib. Ona 20-yə yaxın güllə atılıb. İş adamı yerindəcə dünyasını dəyişib. Cinayətkarlar hadisə yerindən qaçıblar.

Qeyd edək ki, Kaçarava müxtəlif vaxtlarda hakim partiyalara - həm Vahid Milli Hərəkat (2012), həm də “Gürcü Arzusu”na (2017) sponsorluq edib.

Dövlət reyestrinə əsasən, o, 20-yə yaxın şirkətin səhmdarı olub.