Hacıqabulda 24 yaşlı qadın özünü asaraq intihar edib.

"Unikal" apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Meyniman kəndində qeydə alınıb.
Kənd sakini, 2 uşaq anası 1998-ci il təvəllüdlü Nəsirova Gülbəniz Ələsgər qızı yaşadığı ünvanda yerləşən tövlədə özünü asıb.

İntiharın səbəbi məlum deyil.

Faktla bağlı Hacıqabul Rayon Prokurorluğunda araşdırma aparılır.