Somalinin yeni prezidenti Həsən Şeyx Mohamud Covid-ə yoluxub. 

"Unikal" xöəbər verir ki Somalinin yeni prezidenti Həsən Şeyx Mohamud Birləşmiş Ərəb Əmirliklərinə səfərdən qayıtdıqdan qısa müddət sonra Covid-19 üçün müsbət test etdikdən sonra özünü təcrid etdiyini söyləyib:

"Hələlik heç bir əlamətim yoxdur, amma mən özümü təcrid etməyə və Somali xalqına evdən xidmət etməyə davam edəcəyəm. Hamımızdan ictimai sağlamlıq tövsiyələrinə və göstərişlərinə əməl edərək bir-birimizi təhlükəsiz saxlamağımızı xahiş edirəm" -ölkə başçısı bildirib.

66 yaşlı prezident mayın 15-də seçildikdən sonra ilk rəsmi xaricə səfərini etdiyi Birləşmiş Ərəb Əmirliklərindən cümə günü qayıdıb.

Qeyd edək iki, Mohamud, əvvəllər 2012-ci ildən 2017-ci ilə qədər prezident vəzifəsində çalışmış keçmiş akademik və sülh fəalıdır.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, Somalidə 26 748 koronavirus hadisəsi qeydə alınıb, onlardan 1 361 nəfər ölüb.

Gültəkin Ələsgər