Türkiyədə edam hökmü yenidən gündəmə gəlib.

"Unikal" xəbər verir ki, prezident Rəcəb Tayyib Ərdoğan Marmarisdəki yanğın mərkəzində qurulan Fəlakət Koordinasiya Mərkəzində alovların başlamasına səbəb olan şəxsə veriləcək cəza sualından sonra edam hökmü ilə bağlı müzakirələrə də toxunub.

Ərdoğan "Bu, çəkindirici bir cəzadır. Bunun sonu hardadır, ölüm hökmü olmalıdırmı? Sultan Fateh nə deyir? Deyir, meşələrimdə ağac kəsən kəsi öldürərəm. Bu iş çox vacibdir. Bağışlayın, şəribülleyli vennehar içən (gecə-gündüz şərab içən), bilmirəm. niyə əsəbiləşdim, ona görə buranı yandırdım! bunun mənası nədi? Bu cəfəngiyatdır? Bunu müzakirə etmək lazımdır, biz bu barədə ətraflı məlumat verməliyik”

Açıqlamalarından sonra jurnalistlərin suallarını cavablandıran prezident Ərdoğan Marmarisdə meşə yanğınını törədən şəxsə veriləcək cəza ilə bağlı suala sərt cavab verib. 

"Əzizim, bütün meşələri yandırırıq. Bütün böcəklər, heyvanlar bu meşələrlə yanır. Soruşsam nə fikrin var? Mən də eyni fikirdəyəm. Bu çəkindirici bir cəzadır. Bunun sonu hardadır, edam edilməlidir? Edam edilməlidir. Sultan. Fateh ne deyir? meşələrimdə ağac kəsən kəsi öldürərəm"-deyə Ərdoğan bildirib.

Gültəkin Ələsgər