Bakı metrosunda 2 gənc huşunu itirib.

"Unikal" xəbər verir ki, hadisə metronun “Gənclik” stansiyasında qeydə alınıb.

Onlardan biri oğlan, digəri isə qızdır. Hər biri üçün təcili tibbi yardım briqadası çağırılıb.

Sərnişinlərə yerində yardım edildikdən sonra onlar yollarını davam etdiriblər.