Tunis Daxili İşlər Nazirliyi, prezident Kays Səidə qarşı ölüm təhdidlərinin olduğunu açıqlayıb. 

"Unikal" xəbər verir  ki, nazirlikdən verilən açıqlamaya görə,  əldə edilən kəşfiyyat məlumatlarına əsasən, dövlət başçısının həyatına təhlükə var. Həmçinin qeyd olunub ki, sinaqoq yaxınlığında terror aktının qarşısı alınıb.

Nazirliyin sözçüsü bildirib ki, xaricdən dəstək alan hücum planları “Tunisdə ictimai təhlükəsizliyə zərər vurmaq” məqsədi daşıyır. Sözçü, hücum planları ilə əlaqədar iki polis əməkdaşını yaralayan təcavüzkarın saxlanıldığını bildirib.

Gülayə Mecid