Almaniya kansleri Olaf Şolts 6 Qərbi Balkan ölkəsinin Avropa Birliyinə üzvlük ehtimalını dəstəkləməkdə qərarlı olduğunu bildirib.

"Unikal" xəbər verir ki, Olaf Şolts, Brüsseldəki açıqlamasında, Aİ üzvlüyü perspektivi olan 6 Balkan ölkəsinin Avropa yolunda sürətlə irəliləyərkən Almaniyanın dəstəyinə arxalana biləcəyini vurğulayıb:

"Bu, uzun müddətdir davam edən bir yoldur. Biz bu 6 ölkənin üzvlük imkanını dəstəkləməkdə qərarlı olacağıq. Bu ölkələr Almaniyaya arxalana bilər". 

Şolts həmçinin 27 Aİ ölkəsinin Moldova və Ukraynaya “AB-yə namizədlik statusu” verməsini böyük addım kimi qiymətləndirib.