"Rusiya və Azərbaycan arasında əməkdaşlıq əlaqələri getdikcə genişlənir. Bütün sahələrdə əlaqələr inkişaf edir. Bizim dostluğumuz nümunədir".

"Unikal" xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bakıda keçirilən mətbuat konfransında deyib.

Xəzərin statusu ilə bağlı danışan rusiyalı nazir bildirib ki, tezliklə Aşqabadda bu məsələ təsdiqini tapacaq.

“İşğaldan azad edilmiş ərazilərin bərpasında iştirak etməyə hazırıq”, - deyə Sergey Lavrov vurğulayıb.