İqtisadiyyat naziri Mikayıl Cabbarov Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Milli Neft Şirkətinin sədri Saeed Məhəmməd Əhməd Əl Tayer ilə görüşüb.

"Unikal" xəbər verir ki, bunu M.Cabbarov "Twitter" səhifəsində bildirib.

Görüşdə SOCAR və ENOC arasında treydinq üzrə əməkdaşlıq, investisiya imkanlarının müəyyənləşdirilməsi və birgə layihələr üzrə perspektivlər barədə müzakirə aparılıb.