Dünyada 6,3 milyondan çox insanın ölümünə səbəb olan koronovirus pandemiyasına qarşı hazırlanan vaksinlər milyonlarla insanın həyatını xilas edib.

"Unikal" xəbər verir ki, alimlər koronavirus peyvəndinin tətbiqindən sonrakı bir il ərzində təxminən 20 milyon insanın həyatının xilas edildiyini açıqlayıblar.

"Lancet Infectious Diseases" jurnalında dərc edilən araşdırmada bu rəqəmin yarıdan çoxunun inkişaf etmiş ölkələrdə olduğu vurğulanıb. Araşdırmada “Ümumdünya Səhiyyə Təşkilatının işi vaxtında çatsaydı, inkişaf etməmiş ölkələrdə hər 5 ölümdən 1-nin qarşısı alına bilərdi” , - deyə  bildirilib. 

"Pfizer", "Moderna" və "AstraZeneca" şirkətlərinin peyvəndləri də daxil olmaqla, dünyada 12 milyard doza peyvəndin hazırlandığı bildirilərkən, peyvəndlərin paylanmasında da balanssızlıq qeyd olunub.

Tədqiqata rəhbərlik edən London İmperial Kolleci Oliver Vatson "Qlobal peyvənd səyləri böyük uğur qazanıb və pandemiyanın gedişatını dəyişdirdi. Ancaq növbəti dəfə yeni pandemiyaya hazır olmağı öyrənməliyik", - deyə  açıqlamasında bildirilib. 

Gülayə  Mecid