Ukrayna Prezidenti Volodimir Zelenski köhnə dostu İvan Bakanovu Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) rəhbəri vəzifəsindən azad etmək niyyətindədir.

"Unikal" xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.

"Zelenski UTX-nin uğursuz əməliyyatları və Xersondakı itkilərə görə Bakanovu işdən çıxarmaq qərarına gəlib. Prezidentə yaxın dörd məmur və Kiyevə islahatlarla bağlı məsləhətlər verən bir Qərb diplomatı bildirib ki, Zelenski Bakanovu vəzifəyə daha uyğun olan biri ilə əvəz etmək istəyir”, - məlumatda deyilir.

Qeyd edək ki, Bakanov Rusiyanın Ukraynaya müdaxiləsindən sonra Zelenskiyə yaxın adamların tənqidinə məruz qalıb. Onların fikrincə, UTX rəhbəri yeni çağırışların öhdəsindən layiqincə gələ bilmir, xüsusən də rusların ələ keçirdikləri Xersonda səhvə yol verib.