Dövlət Gömrük Komitəsinin Akademiyasının tələbələri Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ RK) təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş ali təhsil müəssisələrinin tələbələri arasında keçirilən bədii yaradıcılıq müsabiqə-festivalında birincilik qazanıblar.

"Unikal" xəbər verir ki, tələbələrin milli vətənpərvərlik ruhunda yetişdirilməsi, onların bədii-estetik səviyyəsinin yüksəldilməsi məqsədilə  müxtəlif nominasiyalar üzrə 3 mərhələdə keçirilən müsabiqədə Dövlət Gömrük Komitəsinin Akademiyasının tələbələrdən ibarət kollektivi “Müasir rəqs” nominasiyası üzrə I yerə layiq görülərək Azərbaycan Respublikasının təhsil naziri Emin Əmrullayev və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri, millət vəkili Səttar Möhbalıyev tərəfindən Fəxri Fərmanla təltif edilib.

Qeyd edək ki, ümumilikdə respublika üzrə 28 ali təhsil müəssisəsinin qatıldığı festivalda Akademiyanın tələbələrinin ifasında nümayiş olunan şeir, rəqs, musiqi nömrələri tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb