Meksikanın Quadalaxara əyalətində təhlükəsizlik qüvvələri ilə dəstə üzvləri arasında qarşıdurmada baş verib. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, silahlı insident zamanı 4 polis həyatını itirib, 8 dəstə üzvü öldürülüb.

Hadisə şahidlərinin sözlərinə görə, bir saatdan artıq davam edən qarşıdurma nəticəsində 8 dəstə üzvü saxlanılıb.

Bildirilib ki, hücum edənlər üstü açıq iki pikapla uzun lüləli silahlardan atəş açıblar.

Prokurorluq geniş araşdırmaya başlanıldığını açıqlayıb.

Gülayə  Mecid