İngiltərənin "Mançester Yunayted" futbol klubunda çıxış edən portuqaliyalı hücumçu Kriştiano Ronaldo yay transfer pəncərəsində Almaniyanın "Bavariya" klubunda polşalı hücumçu Robert Levandovskini, komandadan ayrılacağı təqdirdə, əvəz edə bilər.

"Unikal" xəbər verir ki, bu barədə İspaniyanın "As" qəzeti xəbər verib.

Mənbəyə görə, Kriştiano Ronaldo "Mançester Yunayted"in növbəti mövsümdə titullar qazanacağına ümidini itirib. Eyni zamanda qeyd olunub ki, portuqaliyalının ətrafı "Bavariya"nın marağından xəbərdardır və mümkün transferi müsbət qarşılayır.

R.Levandovskinin "Bavariya" ilə müqaviləsi 2023-cü ilin yayında başa çatır.