ABŞ Ukraynaya 450 milyon dollarlıq yeni yardım tranşı ayırıb. 

"Unikal" xəbər verir ki, ABŞ prezidenti Co Baydenin administrasiyası Ukraynaya 450 milyon dollarlıq əlavə hərbi yardım paketinin ayrıldığını açıqlayıb. Bu barədə Pentaqonun spikeri Con Kirbi bildirib .

Hərbi yardım paketinə reaktiv yaylım atəşi sistemləri, artilleriya sursatları, patrul katerləri və s. daxildir. 

“Birləşmiş Ştatlar Ukraynaya öz demokratiyasını Rusiyanın əsassız təcavüzündən müdafiə etmək öhdəliyimizin bir hissəsi olaraq əlavə 450 milyon dollar hərbi yardım elan edir.

Onun sözlərinə görə, hərbi yardım paketinə silah və hərbi texnika, o cümlədən yeni yüksək hərəkət qabiliyyətinə malik “Himars” artilleriya raket kompleksləri, artıq Ukraynaya çatdırılmış artilleriya üçün on minlərlə döyüş sursatı, habelə Ukrayna sahillərini qorumaq üçün patrul gəmiləri və hərbi texnika daxildir. 

Xatırladaq ki, bu gün ABŞ-ın Ukraynaya yeni hərbi yardım paketi hazırladığı məlum olub .

ABŞ həmçinin Ukraynanı korrupsiya ilə mübarizə aparmaq üçün prokurorla təmin edəcək .

Gültəkin Ələsgər