Avropa İttifaqı Şurası Gürcüstana Aİ-yə namizədi statusu verməyib.

"Unikal" xəbər verir ki, bu barədə məlumatı Aİ Şurasının Prezidenti Şarl Mişel “Twitter“ hesabındakı paylaşımında bildirib.
O, qeyd edib ki, Şura Gürcüstana Avropa perspektivi tanınmasına qərar verib. Aİ Gürcüstana həllini gözləyən prioritet məsələləri yerinə yetirdikdən sonra namizəd statusu verməyə hazırdır.

“Gürcü xalqını təbrik edirəm. Aİ-Gürcüstan əlaqələrində tarixi bir andır. Gürcüstanın gələcəyi Aİ ilədir” – deyə diplomat bildirib.