Ekvador polisi Quayaquil limanında Türkiyəyə gedən bananla dolu konteynerdən 845,7 kq kokain müsadirə edib.

"Unikal" xarici KİV-lərə istinadən xəbər verir ki, polisin bildirdiyinə görə, ələ keçirilən kokain 50 milyon dollar dəyərindədir. 

Son bir ildə Ekvador Türkiyəyə kokain tədarükünün əsas mənbələrindən birinə çevrilib.

2021-ci ilin may ayında Panama səlahiyyətliləri Ekvadordan Türkiyənin cənubundakı Mersin əyalətindəki limana gedən yolda içərisində 616 paket kokain olan konteyneri müsadirə ediblər.

İyun ayında Türkiyə Cənubi Amerika ölkəsindən Mersinə gələn gəmidə bir ton kokain tapıb. Türkiyənin ticarət naziri Mehmet Muş bildirib ki, bu, Türkiyə tərəfindən indiyə qədər ələ keçirilən ən böyük kokaindir.

Bu ilin fevralında Ekvador polisi Quayaquil limanında Türkiyəyə gedən konteynerdən 43,8 kq saf kokain müsadirə edib.

Gültəkin Ələsgər