Türkiyə xüsusi xidmət orqanları İstanbulda İranın israillilərə qarşı planlaşdırdığı terror aktının qarşısını alıb.

"Unikal" İsrailin “Vesti” nəşrinə istinadən xəbər verir ki, İsrailin xarici işlər naziri Yair Lapid Ankaraya səfəri başlamazdan əvvəl Türkiyə rəsmiləri məlumat verib .

Xəbərdə deyilir ki, xüsusi xidmət orqanları ötən cümə günü, iyunun 17-də həyat yoldaşı ilə İstanbula gələn və şəhərdəki otellərdən birində yaşayan keçmiş İsrail səfirinin qaçırılmasının qarşısını ala bilib. Bundan əlavə, israilli turistlərə hücumlar hazırlanırıb. Ən azı 10 şübhəli həbs edilib.

“Saxlanılmalar bir oteldə və üç şəxsi mənzildə aparılıb. Saxlanılanlar arasında həm əcnəbilər, həm də Türkiyə vətəndaşları var. İranın kəşfiyyat agentləri və İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) zabitləri özlərini əcnəbi tələbələr, iş adamları və turistlər kimi təqdim ediblər. Sonradan məlum olduğu kimi, terrorçulardan snayper tüfəngləri və digər silahlar götürülüb".

Ankara adam oğurluğu və terror hücumlarının qarşısının planlaşdırma mərhələsində alındığını vurğulayıb. Faktla bağlı araşdırma aparılır. Məlumatda o da bildirilir ki, İran agentlərinin axtarışı və saxlanılması əməliyyatı zamanı İsrail və Türkiyə kəşfiyyat orqanları fəal əməkdaşlıq ediblər.

Gültəkin Ələsgər 

.