İraq administrasiyası rəsmi təhlükəsizlik qüvvələrinin Mosulun Sincar şəhərinin mərkəzinə yerləşdirməsinə başlayıb.

"Unikal" xəbər verir ki, bu barədə İraq Birgə Əməliyyat Komandanlığından yazılı açıqlama verilib:

Açıqlamada "Sincarın mərkəzinə təhlükəsizlik qüvvələrinin yerləşdirilməsi planı komandanlığımıza bağlı Qərbi Ninova Gücü tərəfindən həyata keçirilməyə başlanıb". deyilib.

Bildirilib ki, plan sayəsində rayonda təhlükəsizlik və sabitliyin təmin olunması məcburi köçkünlərin öz evlərinə qayıtmasını təmin edəcək. 

Bağdad və Ərbil arasında oktyabr ayında terror təşkilatı PKK-nın bölgədən çıxarılmasını nəzərdə tutan Sincar müqaviləsi imzalanıb. Müqaviləyə əsasən, ərazidəki bütün qeyri-qanuni elementlər mahalı tərk etməlidir.