BRICS Qrupu (Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası) bu gün, iyunun 23-də videokonfrans sammitinə başlayıb.

"Unikal" xəbər verir  ki, iclas zamanı qəribə hadisə baş verib.

Belə ki, Hindistanın baş naziri Narendra Modinin çıxışı zamanı mikrofonu səsi kəsilib. Nəticədə qrupun digər dörd üzvünün liderləri hindistanlı həmkarlarını eşidə bilməyib və onun çıxışında nə dediyini öyrənə bilməyiblər. 

Gülayə Mecid