Valid Edilov Çeçenistan Respublikasının Bədən Tərbiyəsi və İdman Naziri olub. 

"Unikal" xəbər verir ki, bu barədə respublika başçısı Ramzan Kadırovun rəsmi saytında məlumat verilib.

Bundan əvvəl Edilov üç ay Çeçenistan rəhbəri katibliyinin rəhbəri vəzifəsində çalışıb. Kadırov onu "idman sahəsində zəngin təcrübəyə malik insan" kimi xarakterizə edib və həmçinin nazirin idmançılar arasında populyarlığını qeyd edib.

Ağarza Elçinoğlu