"Ölkəmizdə minimum əmək haqqı, təqaüd və orta aylıq əmək haqqı artırılmalıdır". 

Bunu "Unikal"a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib.

Onun sözlərinə görə, məhsul bolluğu, rəqabətli mühit və onun gətirdiyi dividendlər olmasa, maaş və təqaüd artımının heç bir xeyri olmayacaq:

"Son 3-4 ildə minimum əmək haqqı 136 manatdan 300 manata qədər yüksəlib. Bu artım insanların güzəranına yaxşı təsir göstəribmi? Xeyr. Əksinə, inflyasiya sürətləndi, paralel olaraq qiymətlər kəskin artmağa başladı. Yəni, bu işdə tək maaş və təqaüdlərin artımı yetərli deyil. Əsas məhsul bolluğu və rəqabətli mühit yaratmaq lazımdır ki, manatın alıcılıq qabiliyyəti dəyərdən düşməsin".

Anar Kəlbiyev