Rusiyalı məşhur müğənni Yuri Şatunovun ölümündən əvvəlki videogörünütləri yayılıb. 

"Unikal" rus mediasına istinadən xəbər verir ki, dostları onu Rastunovo kəndindəki xəstəxanaya aparır. Daha sonra müğənnini təcili tibbi yardım maşınına əyləşdirib oradan 20 dəqiqəlik məsafədə yerləşən Domodedovo xəstəxanasına aparırlar.

Lakin  bütün bunlara baxmayaraq yolda Y. Şatunovun ürəyi dayanır.

***12:39

Rusiyanın və keçmiş SSRİ-nin tanınmış müğənnisi Yuri Şatunov dünyasını dəyişib. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, 48 yaşlı müğənni infarktdan ölüb.

Bildirək ki, Yuri Şatunov “Laskovı may” pop-qrupu ilə birlikdə 1980-ci illərdə keçmiş SSRİ-də məşhur olub. Onun “Ağ qızılgüllər” ("Belıye rozı") və “Boz gecə” ("Sedaya noç") mahnıları hit olub.