Avropa İttifaqı liderləri iyunun 23-də Ukrayna və Moldovaya Aİ üzvlüyünə namizəd statusunu rəsmən verəcəklər.

"Unikal" xəbər verir ki,  bunun Avropa Şurasının prezidenti Şarl Mişel "Twitter"də paylaşım edib. 

"Bu, Avropa İttifaqı üçün həlledici məqamdır. Bu, bizim bu gün edəcəyimiz geosiyasi seçimdir. Əminəm ki, biz Ukrayna və Moldovaya namizəd statusu, eləcə də Ukrayna, Gürcüstan və Moldova üçün aydın Avropa perspektivi verəcəyik", - deyə Mişel ifadə edib.  

 Gülayə Mecid